Möcüzəvi kələm kokteyli resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 232
Səs ver:
(səs: 0)
Tərkibi antioksidantlarla, vitaminlərlə və minerallarla zəngin olan qırmızı kələmdən hazırlanan kokteyl orqanizm üçün çox faydalıdır.

Qadinla.com xəbər verir ki, qırmızı kələm təzyiqi azaldır, damarları möhkəmləndirir və daha elastik edir. Kələm şirəsi orqanizmdən zəhəri çıxarır və qaraciyəri təmizləyir. Fitonsidlər isə vərəm infeksiyasına qarşı mübarizə aparır. Kələm şirəsindən müntəzəm istifadə döş xərçənginə yoluxma riskini iki dəfə azaldır.

Kələm yarpaqları kompresləri yanıq yaraları sağaltmaq iqtidarındadır, həmçinin baş ağrısını aradan qaldırır və dırnaqları möhkəmləndirir. Qırmızı kələmdən hazırlanan kokteyl metabolizmi sürətləndirir və həzm prosesini normallaşdırır.

Tərkibi::
300 q qırmızı kələm
1 ədəd yaşıl alma
1 ovuc təzə reyhan
1 ovuc təzə nanə

Hazırlanması:
Meye halını alana qədər hər şey bölüb iri-iri blenderdən keçirin. Gündə iki dəfə yeməkdən əvvəl için.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri