Yaşıl smoothie resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 689
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd orta boy yaşıl alma
200 qram təzə ispanaq
5 qram təzə zəncəfil
4 yemək qaşığı qatıq
1/2 su stəkanı dəmlənmiş yaşıl çay
1 şirin qaşığı Bal

Qeyd:Hazırladığınız smoothieyi soyuq olaraq saxlanmadan xidmət edin.

Hazırlanması:
İspanaqları yuyun və qurudun.

Qabığını incə bir şəkildə soyduğunuz təzə zəncəfili kiçik parçalar halında kəsin.

Bol suda yuduğunuz yaşıl almaları dörd bərabər hissəyə ayırdıqdan sonra tumlu hissələrini çıxarın.

Yaşıl çay yarpaqlarını qaynar suda dəmlədikdən sonra süzüb soyuması üçün bir kənarda gözlədin.

Qatıq, bal, təzə ispanaq yarpaqları, zəncəfil parçaları və dəmlənmiş yaşıl çayı bir blenderə alın.

Tək-tək əlavə etdiyiniz qabıqlı yaşıl alma dilimlərinin köməyi ilə bütün materialları qısa bir müddət yüngül nahamar qalana qədər blenderdən keçirin.

Hazırlamış olduğunuz aşağı kalorili, sağlamlıq dostu bu içmini saxlanmadan sevdiklərinizlə bölüşün.

Xidmət Təklifi
Arzuya görə blenderin içinə içməli suyla hazırlanmış buz kubikləri əlavə edərək içkini hazırlayın, qatıq əvəzinə iki top vanilli dondurma istifadə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 689
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri