Bədrənc və dazı bitkilərindən çayı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 554
Səs ver:
(səs: 1)
Tərkibi:
10qr Bədrənc və ya dərman limonotu (qurudulmuş yarpaqları)
20 qr Dazı (qurudulmuş çiçəkləri)
10 qr Yemişan (qurudulmuş meyvələri)
1 litr qaynadılmış su

Hazırlanması:
Bütün bitki çayları eyni zamanda qida məhsulu kimi də sayıla bilərlər, çünkü onların tərkibində bir çox miqdarda bioloji aktiv maddələr var: vitaminlər, fermentlər, orqanik turşular, mikro- və makroelementlər. Bundan əlavə, bitki çayları müalicəvi çaylardır. Hazırki reseptdə olan çay sakitləşdirici təsirlə birgə həmdə immuniteti möhkəmləndirir, depressiya əleyhinə təbii vasitədir. Reseptdə istifadə olunan qurudulmuş yemişanın meyvələri isə əsəb və ürək-damar fəaliyyətini tənzimləyən vasitədir.
Lakin unutmaq lazım deyil ki, çox sayda və miqdarda içilən istənilən çay orqanizmə zərərli təsir göstərə bilər.
İnqredientlər hazırlanır. Dazı çiçəkləri xırdalanır.
Böyük çini çaydanı (1 litrlik su üçün) qaynar su ile yaxalanır, sonra içinə yemişan, dazı çiçəkləri və bədrənc yarpaqlarını əlavə edilir. Üzərinə yenicə qaynadılmış (qaynar) su tökülür və 10-15 dəqiqə dəmlənir.
Bitkilər çaya özlərində olan ətirlərini və faydasını tam olaraq "verməsi" üçün, çaydanı dəsmal ilə örtmək olar.
Bitki çayını bal ilə də içmək olar.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri