Qarağatlı və quşüzümlü meyvə şərbəti resept

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 817
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
200 qr qara qarağat
200 qr quşüzümü
200 qr şəkər tozu
4 litr su

Hazırlanması:
1. Meyvə şərbətinin hazırlanma qaydaları çoxdur. Ən sadəsi giləmeyvələri şəkər tozu ilə qarışdırıb qaynamağa çatdırmaq, lakin bu zaman biz meyvə şərbəti deyil, kompot hazırlamış olarıq və praktiki olaraq vitaminləri itirərik. Meyvə şərbəti hazırlayarkən onun tərkibində maksimum vitamin saxlamaq gərəkdir. İçkinin şirnisini zövqə görə dəyişmək olur. Həmçinin meyvə şərbətinə limon suyu, sürtkəcdən keçirilmiş zəncəfil, darcın əlavə etməklə hər dəfə yeni-yeni dad çalaqları əldə etmək olar. Bizim isitifadə etdiyimiz inqredientlərdən nəticədə 4 litr çox dadlı bir içki hazırlanır.

2. Giləmeyvələr yuyulur, seçilir və ələkdən keçirilir ki üzərində qalan sudan təmizlənsin. Meyvə şərbəti üçün təzə dondurulmuş giləmeyvələr yarıyar.

3. İlk olaraq giləmeyvələr sıxılır, şirəsi bankaya doldurub soyuducuya qoyulur.

4. Yerdə qalan giləmeyvələri bir qazana tökürük, şəkər tozu və su əlavə edirik. Məhlulu qaynamağa çatdırıb oddan götürürük, lakin qaynatmırıq.

5. Qazanda hazırlanmış məhlul süzülür və ona soyuducuya qoyduğumuz giləmeyvə şirəsi qatılaraq, qarışdırılıb bir kuzəyə əlavə edilir.

6. Həm sərin, həm isti şəkildə süfrəyə verilə bilər.

7. Həmçinin daha sərin olması üçün buz parçalarıda əlavə etmək olar.
 
 
Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 817
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv