Kava - livansayağı qəhvə resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 759
Səs ver:
(səs: 0)
Tərkibi:
2 yaşıl hil
2 ölçü qaşığı üyüdülmüş, çox qovrulmuş qəhvə (15 q)
150 ml su
3 ç.q. şəkər tozu
bıçağın ucunda təzə üyüdülmüş muskat cevizi (üyüdülmüş darçınla əvəz etmək olar)

Hazırlanması:
Hili bölüb qara toxumlarını çıxarın. Qəhvə, şəkər tozu, muskat cevizi və hil toxumlarını cezveyə qoyun, üzərinə su tökün, ocağın üstünə qoyun. Daim qarışdırın, çalışın, üzərində köpük əmələ gəlməsinə imkan verməyin. Qaynayanda ocaqdan götürün. Sonra yenə ocağın üstünə qoyun. Qaynara düşəndə yenə götürün və bu prosesi bir dəfə də təkrarlayın (3 dəfə qaynamalıdır).

Qəhvə fincanlarına süzüb süfrəyə isti-isti verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri