Dadlı və müalicəvi içki kisel resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 9 375
Səs ver:
(səs: 3)
Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır.
Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır.
Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.
Yay aylarında kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar.

Tərkibi:
- istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) - 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar),
- su - 1 l (əlavə 1/2 stəkan - nişastanı qarışdırmaq üçün),
- şəkər tozu - 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olmasından və sizin zövqünüzdən asılıdır).
- nişasta - 3-4 xörək qaşığı.

Hazırlanması:
1. Mürəbbəni qazanda su ilə yaxşı qarışdırırıq və oda qoyuruq. Su 5 dəqiqə qaynadıqdan sonra oddan götürürük, süzgəcdən süzürük, ki meyvələr kiselə düşməsin (əgər siz meyvələrlə xoşlayırsınızsa, süzməmək olar). Daha sonra şəkər tozu əlavə edirik.
2. Nişastanı stəkanda soyuq suda yaxşı qarışdırırıq.
3. Mürəbbəli suyu oda qoyurur və yavaş-yavaş qarışdıra-qarışdıra nişastanın məhlulunu qazana əlavə edirik.
4. Kisel qaynamağa başlayan kimi dərhal oddan götürük (kiseli qaynatmaq olmaz), bir qədər soyuduqdan sonra içirik.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 9 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri