Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca çətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.
Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər
əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır
və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə
qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə
bir çarəsi var. Bir fincan ballınanə çayı əsəblərinizi tam
sakitləşdirəcək.
Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melisa da
deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm
üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştahanı yaxşılaşdırır
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş
yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay
qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə
çayından soyuq halda da istifadə olunur.
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını
istəyirsinizsə bir fincan ballınanə çayı için. O gərginləşmiş
əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə
"oğul otu” deməyiblər.