Gündə bir neçə fincan kofe qara ciyəri qoruyur və bərpa edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 748
Səs ver:
(səs: 7)
Alimlər inanırlar ki, gündə bir neçə fincan kofe qara ciyəri qoruyur və bərpa edir.

Kofenin tərkibində olan maddələr qara ciyər fermentləri ilə reaksiyaya girir və mühafizə pərdəsi yaradır. Alimlər kofeindən başqa, kofenin digər bütün tərkib hissələrinin təsirini tədqiq ediblər.

Əvvəllər tədqiqatçılar tərəfindən müəyyən olunub ki, kofe ürək-damar xəstəlikləri ilə mübarizə aparır və şəkərli diabetin qarşısını almaqda kömək edir. Bununla yanaşı, alimlər müəyyənləşiriblər ki, kofe hətta kofeinsiz olsa belə, sirrozun və qara ciyərin piy xəstəliyinin inkişafını dayandırır.

Tədqiqatçılar gəldikləri nəticələri təsdiq etmək üçün əvvəlcədən gündə neçə fincan kofe içdiklərini bildikləri 27 min kişi və qadında qara ciyər xəstəlikləri markerlərinin olması ilə bağlı qan testlərinin nəticələrini analiz ediblər.

Gündə üç fincandan artıq kofe içən iştirakçılarda qara ciyərin xəstə vəziyyətdə olduğundan xəbər verən dörd fermentin hamısı mümkün həddən aşağı olub. Bu cür effekt kofeinsiz kofe içməyə üstünlük verən adamlarda da müşahidə edilib.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 7 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri