Hansı məhsulun şirəsi daha xeyirlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 154
Səs ver:
(səs: 1)
Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun  səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Ən düzgün seçim - tərəvəz şirələri.
Tərəvəz şirələri - qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir.Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

100% - li meyvə şirəsi.
Heç kim xəstəliklərlə mübarizə üçün lazım olan vitamin və antioksidantlarla zəngin meyvə şirəsinin xeyirli olduğunu inkar etmir. Problem ondadır ki, təbii şirələrin tərkibində həmçinin  şəkər və kalorinin miqdarı çoxdur. 1  stəkan təbii alma şirəsində, yarım baton şokoladda olduğu qədər kaloriy vardır. Məhz bu səbəbdən mütəxəssislər gün ərzində belə içkini  1 dəfədən çox içməyi məsləhət görmürlər.

Yaxşı seçim - nar şirəsi.
Hər gün yalnız 1 stəkan şirə içməyi planladıqda, ən düzgün seçim etmək lazımdır. O zaman, qida dəyəri daha çox olan şirələrə nəzər salaq.  Nar şirəsi - bu cədvəldə birinci yerdədir. Onun tərkibində çox sayda şəkər və kaloriy vardır və o, orqanizmdə  antioksidant dozasını yüksək səviyyə təmin edir. Bu maddələr isə beyin funksiyasının qorumasını təmin edir və xərçəngin qarşısını ala bilir.

Yaxşı seçim - quşüzümü şirəsi.
Quşüzümü şirəsi  C vitamini ilə çox zəngindir, o isə immun sistem üçün çox lazımlıdır. Həmçinin xalq arasında şirin olmayan quşüzümü şirəsini, sidik yolları infeksiyalarının təhlükəsindən qorumaq üçün istifadə edirlər.

Qaragilə şirəsi.
Qaragilənin tərkibində olan maddələr, beyinin sağlam saxlanmasına kömək edir. Həmçinin bu şirə yaddaş  funksiyası üçün çox xeyirli sayılır.

Albalı şirəsi.
Antioksidantlarla  zəngin olması ilə bərabər, bir çox giləmeyvə şirələri  iltihab əleyhi xüsusiyyətlərinə də malikdirlər. Araşdırmalara əsasən fiziki işdən əvvəl və sonra içilən 1 stəkan albalı şirəsi məşqdən əldə olunmuş əzələ ağrılarını ağrılarını azalda bilirlər.

Qırmızı üzüm şirəsi.
Hamımız bilirik ki, normal dozada qırmızı çaxır ürəyə xeyirdir. Bunu həmçinin qırmızı üzüm şirəsinə də aid etmək olar. Onun tərkibində çox güclü flavonod-antioksidantları vardır.

Portağal şirəsi.
Səhər yeməyi zamanı çox populyar olan şirə, buna layıqdırmi? O, immun sistemə müsbə təsir göstərən C vitamini ilə çox zəngindir. Bundan əlavə  o, sümükləri  möhkəmləndirən kalsiy və D vitamini, qidalı maddələrlə zəngindir.

Uşaqlar və şirə.
Uşaqların çoxu təbii şirələri çox sevirlər, lakin, Amerikan Pediatriya akamiyasının mütəxəssiləri uşaqlar üçün olan gündəlik normaya mütləq əməl etməyə çağırırlar. 6 yaşdan aşağı olan uşaqlar üçün bu norma - 150 mlt, 7-18 yaş arası uşaqlar üçün isə 250-300 mlt təşkil edir.

Su əlavə edin.
Əgər siz və uşağınız gün ərzində bu içkidən bir neçə dəfə içmək istəyirsə, o zaman şirəyə su əlavə edin. Bununla siz, hər posiya üçün kaloriy sayını azaltmış olursunuz.

Bütöv meyvələrə üstünlük verin.
Dietoloqlar deyirlər ki, meyvə şirələri üçün əla alternativ bütöv meyvələrdir. Bütöv meyvə əti  ilə daha çox qidalı tellər və əlavə qidalı maddələrlə orqanizmi təmin edir. Təbii şirədən fərqli olaraq bütöv meyvələr aclıq hissini də azalmağa kömək edir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 6 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri