Stress və əsəbə qarşı bitki çayı resepti

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 5 461
Səs ver:
(səs: 3)
Elə bir insan yoxdur ki, həyatının müxtəlif mərhələlərində stresslə qarşılaşmasın. Bu vəziyyət insanın ətraf mühitlə münasibətlərinə təsir edir, əsəblərini korlayır. Üstəlik, zehni və fiziki gücünü azaldır.

Stress həyata bədbin baxmağa, pessimist düşüncələrə qapılmağa və ruh düşkünlüyünə səbəb olur. Sağlam qidalanma mütəxəssisi Könül Ateşsaçan günümüzün ən geniş yayılmış xəstəliyi olan stressdən xilas olmaq üçün bitki çayı məsləhət görür. Həmin çay gərginlik və stressdən xilas olmağa yardımçı olacaq. sağlam qidalanma mütəxəssisi Könül Ateşsaçanın gərginliyi azaldıb əsəbləri sakitləşdirən məşhur çay reseptini təqdim edir
 
Tərkibi:
1 yemək qaşığı ballı nanə (melisa)
1 çimdik qurudulmuş çobanyastığı çiçəyi
6-7 təzə nanə
1 yemək qaşığı qəhvəyi şəkər
1/2 limon
1 litr su

Hazırlanması:
Qaynar suda ballı nanə və çobanyastığını 4-5 dəqiqə dəmləyin. İçinə şəkər əlavə edib ilıqlanmasını gözləyin. İlıqlananda limonun suyunu və qabığını əlavə edin. Təzə nanə yarpağı ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 5 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri