Günvurmanın qarşısını alan çay resepti

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 621
Səs ver:
(səs: 1)
Bu günlərdə günvurma diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. Yay aylarında bu cür faktların artmasında bəlkə də qeyri-adi heç nə yoxdur. Lakin bu problemlə qarşılaşmamaq üçün bir çarə var! Belə ki, türkiyəli diyetoloq Alev Erkan gün vurmanın qarşısını almaq üçün xüsusi çay resepti verib.

Bu çay, xüsusən, çimərlikdə istirahət edənlər üçün göydəndüşmə olacaq. Dənizdə üzəndən sonra yaranan halsızlığın, yaxud həddən artıq günəşin altında qalmağın səbəb olduğu hər hansı problemin qarşısını məhz bu çay alacaq.

Tərkibi:
3 qaşıq probiotik yoqurt
10-12 ədəd böyürtkən
1 stəkan dəmlənmiş ağ çay
Buz

Hazırlanması:
Bütün məhsulları blendrdan keçirib üzərinə istədiyiniz qədər buz əlavə edin. Çayı şüşə qabda saxlayın. Mini soyuducudan istifadə edərək soyuq qalmasını təmin edin. Çayı üzəndən yarım saat sonra içməlisiniz. Çayın tərkibindəki yoqurt orqanizmi zülalla təmin edərək üzərkən yorulan əzələlərin bərkiməsinə səbəb olacaq. Üstəlik, enerji verərək yorğunluğun, halsızlığın qarşısını alacaq. Çayın tərkibindəki böyürtkən və ağ çay isə hüceyrələri günəşin zərərli şüalarından qoruyacaq.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri