Ev şəraitində 10 protein kokteyl resepti

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 10 383
Səs ver:
(səs: 1)
Protein (zülallı) kokteylər hər bir kişiyə vacibdir. Xüsusən də əgər siz əzələ məşqləri ilə məşğul olursunuz. Xüsusi süni tozlardan istifadə etməkdənsə bu kokteylərdən hazırlayın və için.

Bələliklə reseptlərlə tanış olun:

Kokteyl № 1
-Kokteyl üçün sizə 250 ml süd, 1 banan, yoqurt, 2 qaşıq bal, yulaf, dondurma tələb olunur. Hamısını qarışdırıb blenderdə çalın.

Kokteyl № 2
– 100 qr. kəsmik, 200 ml süd, 1 banan, 1 x.q. bal, 2-3 x.q. yulaf.

Kokteyl № 3
– 2 banan, 500 ml süd, 100 ml qaymaq və ya dondurma, 1 poket vanil, zövqə görə darçın. Qarışdırıb blenderdə çalın.

Kokteyl № 4
– 1 stəkan süd, 1 çay qaşığı şəkər tozu, 1 yumurta.

Kokteyl № 5
– 200 qr. kəsmik, 100 qr. qatıq, 100 qr. şirə, xurma və ya banan.

Kokteyl № 6
– 100 qr. kəsmik, 100 qr. albalı şirəsi, yumurta ağı, azca şəkər tozu.

Kokteyl №7
– 1 yumurta, 1 xörək qaşığı bal, 1 doğranmış qoz, 1 stəkan qatıq əlavə edib mikserlə çalın.

Kokteyl №8
-200 qr. kəsmik, 50 qr. bal, 60 qr. süddə həll olunmuş yumurta tozu, və ya 4-5 yumurta, 1 qaşıq xama. Blenderlə çalın.

Kokteyl №9
-500 ml süd, 250 qr. kəsmik, 10 bildirçin yumurtası, 50 qr. bal və ya mürəbbə, 100 qr. quru süd, 100 qr. xama, kişmiş, kuraqa. Blenderlə çalın.

Kokteyl №10
– 250 ml əridilmiş yağ, 250 qr. kəsmik, 1 x.q. cücərən buğda və ya yulaf, 1 x.q. kətan yağı.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 10 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri