Tərkibi:
- 4 ədəd orta boy pomidor
- 1 ədəd limon
- 1 su stəkanı soda
- Bir az acı bibər
- 2-3 ədəd nanə
Hazırlanması:
İlk
olaraq pomidorların qabıqlarını soyub, blendırdan keçirərək püre halına
gətirin. Bir süzgəcdən keçirin və pomidorun çəyirdəklərini götürün.
Limonun suyunu sıxın və sodayla birlikdə püre halındakı pomidora əlavə
edib, qarışdırın. İçinə çox incə doğranmış acı bibər və incə doğranmış
nanəni də əlavə edib gözlətmədən için.