Almalı, köklü və zəncəfilli içki resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 788
Səs ver:
(səs: 1)
Orqanizmi müxtəlif zərərli maddələrdən təmizləmək evdə hazırlanmış içkilərlə mümkündür. Almadan, kökdən və zəncəfildən hazırlanan bir içki bu işdə sizə yardımçı ola bilər. Tərkibinə qatacağınız ərzaqlarda o qədər faydalı vitaminlər, karbohidratlar, zülallar, dəmir Beta karotinlər var ki, bunlar da sağlam həyatın təminatçılarıdır.

Qadınlar.biz  sizlərə ev şəraitində hazırlaya biləcəyiniz detoks-içkini təqdim edir.

Yerkökünün xərçəngin qarşısının alınmasında rolu böyükdür. Onun tərkibində ki, Beta karotin adlı maddə ağciyər xərçənginin qarşısını almaga kömək edir.Almanın isə faydasını biməyən yoxdur. Bir çox ölkələrdə aparılan araşdırmalar alma şirəsinin virusları 100% məhv etdiyini ortaya çıxarıb.

Zəncəfil bitkisinin faydasını görmək istəyirsinizsə, bu bitkini nizamlı olaraq qəbul etməlisiniz. Zəncəfilin çox faydalı olmasına baxmayaraq, xalq arasında yayılan tək faydası soyuqdəymədə, ya da qripə yoluxmanın qarşısını alınması zamanı istifadə edilməsidir. Eyni zamanda yorğunluğa da aradan qaldırır. 

İllərdir bu bitki üzərində araşdırmalar aparılıb və həqiqətən də zəncəfilin qrip və soyuqdəyməni aradan qaldırmasında təsirli olduğu isbat edilib. İndi isə bu zəngin vitaminli üçlüyü qarışdırmaqla orqanizmə bir anda daha effektli təsir edə bilərsiniz.

Tərkibi:
4 ədəd alma
3 ədəd kök
1-1.5 sm təzə zəncəfil kökü.

Hazırlanması:
Hazırlanma qaydası çox sadədir. Təmizlədiyiniz zəncəfil kökünü sürtgəcin incə gözündən keçirin. Almanı və kökün şirəsini şirəçəkənlə çəkin. Ən sonda böyük bir badə götürərək onun içərisinə əlavə edib qarışdırın. Vitaminli detoks içki artıq hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri