Şaftalı kompotu resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 257
Səs ver:
(səs: 2)
Tərkibi:
şaftalı
şəkər tozu
3-5 ədəd şüşə banka
3-5 ədəd metalik banka qapağı
banka bağlamaq üçün açar
qaynar su ilə dolu çaynik
sterilizə etmək üçün qazan

Hazırlanması:
Əsasən sağlam şaftalılardan kompot hazırlanır, biraz əzik olanlardan isə mürəbbə etmək olar.

1. Lazım olan inqredientlər hazırlanır.

2. İlk olaraq şaftalılar yaxşı yuyulur, banka qaynar su ilə yaxalanır, sonra isə ehtiyyatla şaftalılar bankalara doldurulur. Doldurulan kimi üzərinə şəkər tozu əlavə edilir, 2 litrlik bankaya 1 - 1,5 stəkan şəkər tozu. Əgər siz kompotu çox şirin xoşlayırsınızsa, o zaman 1,5 stəkan şəkər tozu əlavə edə bilərsiniz.

3. Banka qaynar su ilə doldurulur.

4 Şaftalılarnan məşğul olduğunuz zaman, sterilizə üçün bir qazan götürülür. Həmin qazana yarısından bir qədər çox miqdarda su əlavə edilir. Sonra qazandakı su qaynama həddinə gətirilir, dibinə dəsmal qoyaraq banka həmin suya, dəsmalın üzərinə salınır. Qazandakı su bankanın 2/3 hissəsini örtməlidir. Qazanın dibinə isə dəsmal ona görə qoyulur ki, banka birbaşa qaynar qazana toxunmasın, yoxsa çatlayar.

5. Bankanın ağzına kimi qaynar su əlavə edilir.

6. Bankanın qapağını qaynar su ilə yuyub, banka qazanda qaynayan suda olarkan ağzına qoyulur.

7. Belə halda banka qaynayan suda 12-15 dəqiqə qalıb sterilizə olunur. Sonra bankalar tez bir zamanda oradan çıxarılıb qapaqları banka açarı ilə bağlanır.

8. Bankanı sirkələyib tam bağlanmasını yoxlamaq lazımdır. Əgər su damcısı varsa qapağı birdaha sıxmaq lazımdır.

9. Bəzən bankanın dibində tam həll olunmamış şəkər qala bilər. Bu normal haldır və bankanı biraz sirkələsəz şəkər tozu tam həll olunacaq.

10. Bankanı ağzı üstə qoyub tam soyumasını gözləmək lazımdır.

11. Bütün bankalar hazır olduqda, onlarında soyumasını gözləmək lazımdır.

12. Bankalar soyuyandan sonra onları çeviririk. Qalır onları sərin yerə yerləşdirib qışa qədər saxlamağınız.

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri