Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı resepti

Müəllif: Svetoklana
Şərhlər: 5
Baxılıb: 3 133
Səs ver:
(səs: 2)
Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. Soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.

Tərkibi:
- 200 qr süd
- 200 qr su
- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)
- 3 çay qaşığı yaxşı qara çay
- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil
- 1/3 çay qaşığı üyüdülmüş darçın
- 2 dənə mixək
- 2 dənə hil

Hazırlanması:
1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.
2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.
3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri