Orqanizmi toksinlərdən tam təmizləyən möcüzəvi içki resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 348
Səs ver:
(səs: 4)
Orqanizmin normal fəaliyyəti üçün onu toksinlərdən qorumaq, daxili orqanları vaxtaşırı zərərli maddələrdən təmizləmək vacib şərtlərdən biridir. Qədim zamanlardan bu günə kimi orqanizmin təmizlənməsi üçün xalq təbabətində bir sıra üsullar mövcuddur. Dünyaca məşhur olan loğmanlar və təbiblər müxtəlif cövhərlərdən, dəmləmələrdən, içkilərdən istifadə etməyi tövsiyə ediblər. Ən başlıcası isə tövsiyyə olunan vasitələrin təbii qida məhsillarından ibarət olmasıdır. 

Alma, limon qabığı və zəncəfildən hazırlanan içkinin müsbət təsiri elə ilk gün müşahidə olunur. Bu möcüzəvi içki orqanizmi toksinlərdən tam təmizləməyə qadirdir.

Tərkibi:
1. 1 ədəd limonun qabığı
2. 3-4 ədəd orta ölçülü alma
3. Uzunluğu 2-3 sm. olan təzə zəncəfil

Hazırlanması:
Qeyd olunan məhsullar əvvəlcə xırda-xırda doğranılır, sonra hamısı birgə blenderdə qarışdırılır. Alınan kütlə süzülür. Beləliklə möcüzəvi içki istifadə üçün hazır olur. 

Alma, limon qabığı və zəncəfildən hazırlanan bu möcüzəvi içki bütün orqanları toksinlərdən tam təmizləməklə yanaşı həm də orqanizmə aşağıdakı müsbət təsirləri də göstərir: 

Orqanizmin immun sistemi güclənərək xəstəliklərə qarşı müqaviməti artır. 

İtirilmiş enerji bərpa olunur. 

Orqanizmin vitaminlərə olan tələbatının bir qismi ödənilir. 

Həzm sisteminin fəaliyyəti yaxşılaşır 

Qan dövranı normallaşır. 

Bu möcüzəvi içkini səhərlər acqarnına içmək tövsiyə edilir. Onun səhərlər boş mədəyə qəbul edilməsi effektini ikiqat artırmış olur.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri