Tərkibi:
2 ədəd yaşıl alma
1 ədəd limonun suyu
4 xörək qaşığı bal
2 su stəkanı su
Üzəri üçün:
2 dilim yaşıl alma
2 dilim limon
Təzə nanə
Hazırlanması:
Almaları
meyvə sıxacağından keçirib suyunu çıxarın. İçinə limon suyu əlavə edib
qarışdırın. Balı su ilə qarışdırıb almalı qarışığına əlavə edin və
təkrarən qarışdırın. Stəkanlara paylaşdırın. Hər bir stəkanın içinə 1
alma və limon dilimi atın. Üzərinə təzə nanə yarpağı qoyun. Soyuducunda
yarım saat gözlədib və için.