Dietoloq Sintiya Sassın hazırladığı bu resept adi suyu çox möcüzəvi bir iksirə çevirir.
Təqdim
edilən bu içki insanın ümumi sağlamlığına və əhvalına da təsir edir.
Həzm sistemini yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir.
Nəticədə arıqlamaq da xeyli asan olacaq.
Suyun
tərkibindəki zəncəfil, limon, nanə, xiyar dilimləri sağlamlığınızı
inanmayacağınız dərəcədə yaxşılaşdıracaq. Həmin möcüzəvi içkinin
hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
- 2 litr su
- 1 çay qaşığı rəndələnmiş zəncəfil
- 1 ədəd soyulmuş və dilimlənmiş xiyar
- 1 ədəd dilimlənmiş limon
- 12 nanə yarpağı
Hazırlanması:
Bunları blendrdən keçirib hazırladığınız içkini bir gün soyuducuda saxlayıb növbəti gün ərzində istifadə edin.
İsti yay günlərində sərinləmək üçün içdiyiniz qazlı içkiləri də bununla əvəzləyə bilərsiz.