Səhər ac qarına içsəniz...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 457
Səs ver:
(səs: 1)
Səhər yuxudan oyananda bədənimizin enerjiyə ehtiyacı olur. Enerji toplamağın fərqli üsulları olsa da, iştah açıcı yolları da var... Qadınlar.biz onlardan ikisini təqdim edir.

Limon və kəklikotulu buzlu çay:
Bu limonlu və kəklikotulu buzlu çay səhərlər sizi özünüzə gətirib metabolizmanızı sürətləndirir və güc verir.

Lazım olan ərzaqlar:
5 budaq kəklikotu
1 ədəd darçın çubuğu
2 limon
3 ədəd paket çay
6 stəkan su
Zövqə görə şəkər

Hazırlanma qaydası:
Limonun qabığını rəndələyin, suyunu sıxın. Bir qazana suyu tökün. Ədviyyatları, limon suyunu və limon qabığı rəndəsini əlavə edib, orta odda kaynadın. Qaynamağa başlayandan ocaqdan götürün. Paket çayları və istədiyiniz miqdarda şəkəri də əlavə edib, 5 dəqiqəyə dəmləyin.
Dəmlənəndən sonra paket çayları götürün və otaq temperaturunda 1 saat soyudun. Süzgəclə içkini süzüb, soyuducuya qoyun. Soyuduqdan sonra içkiniz hazırdır.

Nanəli isti şokolad
Bu içki çox dadlı olması ilə yanaşı, həm də faydalıdır. Səhər acqarına içsəniz, sizi canlandıracaq.

Lazım olan ərzaqlar:
1 fincan yarım süd
1 fincan yarım qaymaq
170 qr bitter şokolad
1 xörək qaşığı şəkər
1 fincan nanə yarpağı
Zövqə görə karamel, çalınmış qaymaq

Hazırlanma qaydası:
Süd, qaymaq, şəkər və nanə yarpaqlarını bir qazana töküb, orta odda qarışdırın. Qaynayandan ocaqdan götürün. Qapağını bağlayıb 10 dəqiqə gözləyin. Nane yarpaqlarını təmizləək üçün süzgəclə süzün.

Daha sonra şokoladı kiçik parçalara ayırıb südlü qarışımın içinə atın. Orta odda şokolad əriyənə qədər qarışdırın. Ocaqdan götürüb köpüklənənə qədər mikserlə çırpın. Stəkanlara tökün və çalınmış qaymaq, nanə yarpaqları, yaxud karamellə istədiyiniz kimi bəzəyin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri