Ev üsulu buzlu çay resepti

Müəllif: Totu
Şərhlər: 5
Baxılıb: 2 308
Səs ver:
(səs: 2)
Tərkibi:
2 stəkan çay dəmi
2 çay qaşığı toz şəkər
2 ədəd orta ölçülü şaftalı
4 halqa limon dilimi
4 ədəd nanə budağı

Hazırlanması:
Çayı dəmləmədən soyuq suyun altında tutub yuyun. Sonra 2 stəkan dəm əldə edəcək şəkildə dəmləyin.
Çayı dəmləyərkən 5 çay qaşığı quru çay istifadə edin.
10 dəqiqə dəmlədikdən sonra isti-isti su qabına boşaldın. Şəkər istifadə etmək istəyirsinizsə, onu da isti-isti əlavə edin və qarışdırın.
İlıq çaya limon dilimləri də əlavə edin və qarışdırın.
Bir ədəd şaftalını yuyun, soyun və dilimləyin.
Şeftalinin birini, yıkayın, soyun ve dilimleyin. Kiçik bir azanda bunları 2,5 stəkan su ilə 20 dəqiqə vam odda bişirin.
Bişmiş şaftalını suyu ilə birlikdə çay dəminə əlavə edin.
Sonra bunları soyuducuda soyumağa qoyun.
Digər şaftalını yuşub dilimləyin. Buz istifadə ediləcəksə buzu stəkanlara qoyun
Servis edərkən stəkanlara buz, təzə doğranmış limon dilimi və nanə yarpağı ilə təqdim edin. Digər limon dilimləri qabda qalsın.
Daha çox nanə dadı istəyirsinizsə, çayı soyuducuda soyutmağa qoyanda içərisinə nanə əlavə edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri