Bol vitaminli içki resepti

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 746
Səs ver:
(səs: 0)
Tərkibi:
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

Hazırlanması:

İndi isə hazırlamağa başlayaq:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın. Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın. Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun üzərinə bu qarışığı əlavə edin. Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun. 2-3 saat soyuducada saxlayın və budur bol vitaminli yay içkiniz hazırdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri