Dözülməz baş ağrılarını və yorğunluğu aradan qaldıran möcüzəli içki

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 332
Səs ver:
(səs: 0)
Yorğunluq və baş ağrısını aradan qaldırmasıyla məşhur olan bu ətirli ot həm də təbii antidepressantdır. Söhbət lavandadan gedir.

Bu yazıda tərkibində lavanda yağı və ya çiçəyi olan, baş ağrısı və yorğunluğu aradan qaldıran dadlı içki resept ilə tanış edəcək.

İnqrediyentlər:
1,5 litr su
100 millilitr bal
5 limon
1 damcı lavanda yağı və ya qurudulmuş lavanda çiçəyi

Hazırlanması:
Əgər lavanda yağı istifadə edirsinizsə, onda sizə ancaq yuxarıda göstərilən inqrediyentləri qarışdırmaq lazım olacaq. Ancaq əvvəlcə limon şirəsi sıxmağı unutmayın! Alınmış içkini bir neçə saatlığa soyuducuya qoyun. Zövqə görə bir az bal, yaxud su qata bilərsiniz.

Əgər limonad üçün qurudulmuş güllərdən istifadə edirsinizsə, onu əvvəlcə qaynar suda dəmləyin. Daha sonra qapağını bağlayıb soyumasını gözləyin. Soyuduqdan sonra tənziflə suyunu süzüb üstünə limon suyu və bal əlavə edib qarışdırın. Hazır olmuş limon suyunu 30 dəqiqə soyuducuda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri