Ərzaqlar: • 1 st. şəkər tozu • 2 st. su • 1 st. doğranılmış nanə • 6 st. dəmli çay • 1 limon • Buz
Hazırlanması: Şəkər və 1 stəkan suyu bir qazanda qaynadıb, otaq istiliyində soyumağa qoyun. Nanəni 1 stəkan qaynayan suya atıb, 3-4 dəqiqə gözlədin və süzün. Sirop və nanəli suyu qarışdırıb soyuducuda 1 saat gözlədin. Çaya nanəli siropu əlavə edin. Limonları incə incə dilimləyib içinə atın. Buz və nanə yarpaqları ilə bəzəyərək xidmət edin. Nuş Olsun!