Faydalı içkilər

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 818
Səs ver:
(səs: 0)
Yaşıl çay
Faydası:ostreoprozun xərçəngin, ürək-damar xəstəliklərinin peydaolma riskini azaldır. Yaşıl çayın tərkibindəki flavonidlər, polifenol və antioksidantlar hüceyrələri zərərli təsirdən müdafiə edir və sərbəst radikalları neytrallaşdırır. Çayın tərkinbindəki ftor sümükləri möhkəmləndirir və dişlərə müsbət təsir edir.
Kalosrisi: 0

Nanə çayı
Faydası:mədə pozğunluğunun öhdəsindən gəlməyə kömək edir, sancıları yüngülləşdirir, qidanın mədə-bağırsaq traktında hərəkətinə kömək edərək həzmi yaxşılaşdırır. Nanə spazmaəleyhinə təsirə malik olub, əzələ ağrılarını və əzələ gərginliyini aradan qaldırır.
Kalorisi: 0

1% yağlı süd
Faydası: südün tərkibində mürəkkəb karbohidratlar zülal və bir qədər yağ olduğundan ləng mənimsənilir və siz müəyyən müddət ərzində özünüzü tox hiss edirsiniz. Mürəkkəb karbohidrarların səviyyəsi sabit qalır. Südün tərkibində kalsium ilə yanaşı, D vitamii də olduğundan bu mineral orqanizmə yaxşı sorulur. Üstəlik, kalsium piyləri yandırmaqda hüceyrələrə kömək etdiyinidən süd çəkinin aramla azalmasına kömək edir.
Kalorisi: 1 stəkan süddə (250 qram) 120 kkal

Duzsuz pomidor şirəsi
Faydası: xərçəngin bir çox formalarından qoruyur. Məlumdur ki, emal olunmuş pomidor məhsulunun tərkibində likopin maddəsi təzə ağız boşluğu, ağciyər, mədə, qaraciyər, süd vəzisi, uşaqlıq noynu, çənbər və düz bağırsaq xərçənglərində xərçəngin peydaolma riskinin azalmasına kömək edir. Bundan başqa, likopin ürəyi sərbəst radikallardan qoruduğu üçün ürək-damar xəstəliklərinin peydaolma riskini aşağı salır.
Kalorisi: 250 qramda 43 kkal.

Portağal Şirəsi
Faydası: şirənin tərkibindəki C vitmaini immunteti qaldırır, bir çox xəstəliklərdən müdafiə edir. Portağal şirəsi dölün inkişafı qüsurlarının qarşısını almaq üçün zəruri olan fol turşusunun əla mənbəyidir.
Kalorisi: 25 qramda 115 kkal.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri