Hər dərdə dərman reyhan şərbəti

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 2 696
Səs ver:
(səs: 1)
İsti günlərdə sərinləmək üçün sağlıqlı içkilərdən istifadə etmək istəyirsinizsə, reyhan şərbəti tam sizə görədir. Faydalı şərbətin asan hazırlanma qaydasını göstəririk.

Reyhan şərbəti üçün lazım olanlar:
- 1 dəstə reyhan
- 10 çay qaşığı şəkər tozu
- 3 ədəd mixək
- 1 ədəd çubuq darçın
- İstədiyiniz miqdarda limon suyu
- 2 litr su

Hazırlanması:
Əvvəlcə reyhanları bir ləyənə qoyun, üzərinə bir neçə damcı sirkə töküb suyun içərisində saxlayın. Reyhanları yaxşıca yuduqdan sonra bir qazanın içərisinə qoyun və üzərinə 1 litr su əlavə edin.

Daha sonra qazanın içərisinə limon suyu, çubuq darçın və mixəyi əlavə edərək, şüşə qapaqla ağzını örtün. Reyhan şərbəti ilk olaraq mavi, daha sonra bənövşəyi, sonda isə qırmızımtıl bir rəng alacaq. Qarışımı 15 dəqiqə boyunca qazanda saxladıqdan sonra içindəkiləri süzərək servis edə bilərsiniz. Servis edərkən içərisinə buz əlavə etmək dadının daha gözəl və sərin olmasını təmin edəcək.

Hazırlanması bu qədər sadə olan bu şərbətin faydaları saymaqla bitmir.
- Baş gicəllənməsinə kömək edir

- Ağız yaralarını sağaldır

- Qəbizliyi aradan qaldırır

- Həzmsizliyə və bağırsaq köplərinə yardımçı olur

- Yağları yandırır

- Sakitləşdirici təsiri var

- Arı sancmalarında təsiri böyükdür

Reyhan şərbətini sadalanan faydalarından yararlanmaq üçün içərisinə şəkər əlavə etmədən səhər, günorta, axşam gündə üç dəfə içə bilərsiniz.


mənbə: http://saglamolun.az/index.php/xeberler/17139-2017-09-21-06-13-55.html
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri