Xiyar Turşusu

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 56 103
Səs ver:
(səs: 8)

 
Xiyar turşusunun bir neçə hazırlanma üsulu var:
1. Qırmızı qarağatla xiyar turşusu

Ərzaqlar:
Təzə xiyar
Qırmızı qarağat
Sarımsaq
Qurudulmuş şüyüd
Gilas yarpağı
Qarağat yarpağı
Xren
1litr üçün duzlu su üçün:
3xörək qaşığı duz
1x.q. qənd
5ədəd qara istiot
5əd. mixək
Hazırlanması:
Bankanın dibinə şüyüd, sarımsaq qarağatdan başqa hər şey tökülür sonra xiyarlar yığılır üstən qarağatlar tökülür. Üzərindən qaynar su tökülür 10 dəqiqə saxlanılır, boşaldılır sonra qaynar duzlu su tökülüb ağzı bağılanılır. Ağzı aşağı yığılır. Sirkə vurulmur, çünki qarağatın tərkibində limon turşusu var. 
2. Turşu suyu olaraq hər 1litr su üçün 100 qr iri duz, 1 stakan üzüm sirkəsi (evdə hazırlanmış olsa daha yaxşı) 1xörək qaşığı şəkər.acı bibər, bol sarımsaq, qara istiot, zəncəfil dilimləri.

Xiyarlar yuyulur, ucları kəsilir, bankaya yığılır,bir dəfə qaynar su tökülüb boşaldılır, 2-ci dəfə duzlu su tökülüb bağlanılır.
3. Alma şirəsində xiyar turşusu

Ərzaqlar:
Yuyulmuş təzə xiyar
Alma şirəsi – 1 litr
Xiyar şirəsi – 1litr
Hər litrə 3x.q. duz
Alma və xiyar sok maşınından keçirilir, qarışdırılır, duzlu, qəndi tökülür, qaynadılır. Xiyarlar 10 dəqiqə qaynar suda qalandan sonra yığılır bankaya üzərinə hazırlanan şirə tökülür, bağlanılır.
Nuş olsun!

 

(səs: 8)
Şərhlər: 3
Baxılıb: 56 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri