Şam qozası mürəbbəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 743
Səs ver:
(səs: 1)
Şam qozası mürəbbəsi uzun müddət davam edən öksürük,soyuqdəymə, qrip, bronxit xəstəliklərinə yaxşı gelmektetir həmçinin antibakteriyal xüsusiyyəti səbəbi ilə şəfa mənbəyidir.

Tərkibi:
1 kq körpə şam qozası
1 kq şəkər tozu iki su stəkanı su
Üç dənə quru əncir
Çox az limon duzu

Hazırlanması:
Təxminən 1 kiloya yaxın yaşıl qoza tərtəmiz yuyub qazana alırıq, üzərinə 1 kilo toz şəkər töküb qarışdırırıq. 2 su stəkanı suyuda əlavə edib ocağa alırıq qaynayana qədər tam odda qaynadıqdan sonra zəif odda təxminən 1,5-2 saat qaynadırıq.

Qozaların rəngi dəyişməyə başlayanda 3 dənə quru ənciri ikiyə bölüb qazana atırıq rəngini verməsi için,biraz limon duzu əlavə edib altını bağlayırıq.

Həqiqətən, dadı mükəmməl tam bir şəfa mənbəyi mürəbbə.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri