Qarışıq tərəvəz konservası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 666
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd orta boy balqabaq
4 ədəd böyük boy badımcan
10 ədəd pomidor
Yarım kiloqram yaşıl bibər (qırmızı bibər də istifadə etmək olar)
Yarım su stəkanından bir az çox duru yağ
Və duz (iri duz olsa, daha yaxşı olar

Hazırlanması:
İlk əvvəl badımcanı ocaqda və ya sobada közləyin və küp küp doğrayın.
Tərəvəzlərin hamısını yuyub təmizləyin küp küp doğrayın.

Qarışıq tərəvəz konservası

Duru yağı qazana alın üzərinə bibərləri əlavə edin istiotlar yüngül qızarmağa başlayanda balqabaqları əlavə edin bir az qarışdırın
Qabaqlarda yüngül qızarmağa başlayanda pomidorları əlavə edib qarışdırın pomidorlar yaxşıca bişəndən sonra közlenmiş badımcanları və duzu əlavə edin yaxşı qarışdırın bir neçə dəqiqə daha bişirib bankalara doldurun.

Bankaların ağzını möhkəm qapaqlarla möhkəm bağlayın.
Normalda hazırdır, amma hər ehtimala qarşı bir qazanda su qaynadıb 20 dəqiqə bankaları qaynadıb və ocaqdan götürüb tərsinə çevirib qapaqları yaxşıca əzilir və bu şəkildə 1 il və ya daha çox heç pozulmadan dayana bilər.
Tərəvəz konservləri sərin və günəş görməyən bir yerdə saxlayın istədiyiniz zaman açın
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri