Kələm turşusu resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 692
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kiloqram ağ kələm
1 dənə balaca boy yerkökü
5 diş orta boy sarımsaq
2 ədəd acı və ya şirin istiot
Yarım dəstə cəfəri
1 su stəkanı sirkə
1 su stəkanı təmizlənmiş su
2,5 xörək qaşığı iri qaya duzu
4-5 ədəd noxud

Hazırlanması:
Ağ kələmi yarpaqlarından diqqətlə ayırın. Daha sonra bol suda yaxşıca yuyaraq hazır vəziyyətə gətirin. Kök hissəsini kəsdiyiniz kələmi gözəl bir şəkildə 4 və ya 5 hissəyə bölün. Doğradığınız parçaları da sudan keçirdikdən sonra köklərin da qabığını soyun və doğrayın.

Bankaların içərisini qaynar suyu ilə yuduqdan sonra ilk olaraq noxudları qoyun.

Bir qabın içərisində kələmi, qaya duzunu, sirkə və sarımsaqları 4-5 dəqiqə qədər ovaraq qarışdırın.

Qabın içərisindəki kələmləri da bankaya əlavə etdikdən sonra qabda qalan sirkəli qarışığı içməli suyla artırdığınız qarışığı bankaya əlavə edin.

Ağzına qədər dolu olan bankanın qapağını möhkəm bağlayın. Günəş görməyən bir yerdə ən azı 10 gün mühafizə edəndən sonra süfrələrinizə gətirə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri