Kal nektarin turşusu resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 141
Səs ver:
(səs: 0)
Tərkibi:
750 qr kal nektarin
1 yemək qaşığı qaya duzu
10 diş sarımsaq
3 dilim limon
Yarım su stəkanı üzüm sirkəsi
Qaynar su
1,5 litrlik şüşə banka

Hazırlanması:
1 Nektarinləri bol suda yuyub kənarlarına bıçaqla kəsiklər atın.

2 Bankaya yığın, aralara sarımsaqlar və limon dilimlərindən 2 dənəsini yerləşdirin.

3 Qaya duzu və sirkə əlavə edin, qaynar suyu nektarinlərin üzərini aşacaq kimi əlavə edərək ən üstünə bir dilim limonu yerləşdirin, bankanın qapağını möhkəm bağlayıb tərs çevirin (soyuyana qədər bu şəkildə gözlədin).

4 Sərin və qapalı şkafda təxminən 10 gün sonra nektarin turşusu yeməyə hazır hala gələcəkdir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri