Ədviyyatlı pomidor mürəbbəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 273
Səs ver:
(səs: 1)
Tərkibi:
500 q cherry pomidor
500 q şəkər tozu
1,5 su stəkanı su
2 ədəd orta boy limon
1 ədəd (0,5 qram) mastika
1 ədəd çubuq darçın
5 ədəd mixək
100 qr duzsuz badam

Hazırlanması:
Su və toz şəkəri dərin bir qazana köçürün. Mastikanı əlavə edin və şəkəri əriməsi üçün bir mikser köməyi ilə qarışdırın. Çubuq darçın və mixəkləri də əlavə etdikdən sonra şərbət materialını tünd bir konsistensiya alana qədər orta odda qaynadın.

İsti suda saxladığınız duzsuz badam qabığını təmizləyin. Cherry pomidorları bütün olaraq bol suda yuyun. Pomidorlar və qabıqlarını soyduğunuz duzsuz badamları, şərbət qarışığına köçürün. Pomidorlar partlayıb yumşalana qədər təxminən 30 dəqiqə, zəif odda mürəbbəni qaynadın.

Mürəbbə çox qarışdırmamağa və rənginin daha aydın olması üçün səthə çıxan ağ köpükləri alıb, ayrı bir kənarda saxlamağa diqqət göstərin. Limon qabığını ağ hissələrini olmadan rəndələyin, ortadan ikiyə kəsdikdən sonra sularını sıxın.

Konsistensiya alan mürəbbəyə rəndələnmiş limon qabıqları və suyunu əlavə etdikdən sonra 5 dəqiqə daha bişirin və ocağın altını bağlayın. Ədviyyatlı pomidor mürəbbəni soyudandan sonra bankalara boşaldıb, ağzını möhkəm bağladıqdan sonra soyuducuda ya da günəş görməyən bir yerdə, otaq temperaturunda mühafizə edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri