Yaşıl acika resepti

Şərhlər: 5
Baxılıb: 3 483
Səs ver:
(səs: 0)
Hamı qırmızı acika hazırlayır, onu alır, onu yeyir. Amma mədə-bağırsağında problem olanlara pomidor zərərli olduğu üçün onlar acika yemir. 

Sizə faydası qırmızıdan da çox olan yaşıl Acikanın reseptini təqdim edirik.

Tərkibi olduqca zəngin bu acikanı qışda yeməklərə qata, yanında verə və ya çörəyə çəkib yeyə bilərsiniz.

Tərkibi:
Yaşıl bolqar bibəri – 500 qr
Uzun acı bibər – 500 qr
Şüyüd, cəfəri, selderey – hərəsindən 250 qr
Sarımsaq -5 diş
Keşniş toxumu – 1 xörək qaşığı
Sirkə - 1 xörək qaşığı
Duz

Hazırlanması:
Bibərlər və göyərtilər yuyulub, təmizlənib, ətçəkəndən sarımsaqla birgə keçirilir. Ədviyyatlar, duz qatılıb, sirkə qatılıb, bankalara yığılır. Soyuducuda və ya sərin yerdə saxlanılır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri