Közlənmiş bibər konservası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 241
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq qırmızı bibər
Yarım baş sarımsaq
1 çay stəkanı zeytun yağı
Orta boy şüşə banka

Hazırlanması:
Qırmızı bibərin hər tərəfini yaxşıca közləyin. Hamısını bir torba içinə alaraq 15 dəqiqə gözlədin. Beləliklə, buxarla qabıqları asanlıqla istiotlardan ayrılacaq. Qabığı soyub saplarını və tumlu hissələrini atın. Bibərləri bir neçə parçaya ayırın.

Banka və qapağını qaynar su dolu qazanda 5 dəqiqə gözlədin. Çıxarıb suyunu süzün və qurulayın. Bibərləri içinə doldurmağa başlayın. Aralarına da qabığını soyduğunuz sarımsaqları yağın.

Son olaraq bankaya zeytun yağını tökün. Bibərin üstünü örtməyibsə bir miqdar daha zeytun yağı əlavə edin. Qapağını örtün və tərs çevirin. İçində 3 barmaq hündürlükdə qaynar su olan qazana tərsinə qoyun və 5 dəqiqə qaynadın. Yenə tərs kimi qazandan çıxarıb tamamilə soyumasını gözləyin. Soyuducuda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri