Fərqli badımcan turşusu resepti

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 391
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq incə uzun badımcan
Kərəviz sapı
1 litr üzüm sirkəsi
30 qram duz (təxminən bir dolu yemək qaşığı)

İç üçün:
1 ədəd sərt yaşıl pomidor
1 ədəd ətli qırmızı bibər
1 ədəd sütül və çəyirdəklənməmiş xiyar
2 ədəd kök
4-5 diş sarımsaq
1 dəstə cəfəri (kobud doğranmış)
Duz

Hazırlanması:
Badımcanları yuyub zolaqlı oyun və 8-10 m uzunluğunda bölün. Badımcanları çox kiçikdirsə bölməyənizə ehtiyacınız olmaya bilər.

Bir qazana 4-5 litr su əlavə edərk içinə bir armudu stəkan sirkə əlavə edin və qaynadın. Bu suda badımcanları diriliyini məhv etməyəcək qədər qaynadın. 2-3 dəqiqə kifayət edəcəkdir.

Qaynatdığınız badımcanları aş süzənə qoyun və üzərinə ağır bir şey qoyub axşamdan səhərə kimi saxlayın. Badımcanları qaynatdığınız suda kərəviz saplarını da qaynadıb süzün və kənarda saxlayın.
İçini hazırlamaq üçün sarımsaqları soyun, tərəvəzləri yuyun. Hamısını xırda-xırda doğrayın və narın duz səpib qarışdırın.
Axşamdan qaynadıb saxladığınız badımcanların qarın hissəsindən kəsin və içinə hazırladığınız içi doldurun.
Axşamdan qaynadıb hazırladığınız kərəviz sapları ilə bağlayın.
Bankaları və qapaqları isti suda yuyun. Hazırladığınız badımcanları bankalara yerləşdirin. Başqa bir qabda duzu, üzüm sirkəsi ilə qarışdıraraq əridin. Duzlu sirkəni badımcanların üzərinə əlavə edərk qapaqlarını bərk bağlayın. İşıq olmayan sərin yerdə saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri