Gilas turşusu

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 9 855
Səs ver:
(səs: 4)
Ərzaqlar:

Gilas
Duz
Şəkər tozu
Su
Yapışdırıcı

Hazırlanması:

Gilasın saplağını təmizləyib yuyub bankalara yığırıq.

Hər bankaya  məs: 1 kq bankaya 1 dolu çay qaşığı duz və 1/3 çay qaşığı şəkər tozu tökürük.

Üstünə 2 barmaq aşağı qaynar su tökürük. Suyu çox tökmürük ki, öz suyu çıxacaq.

Böyük qazana su töküb isidirik. Su isinən  kimi bankaların içinə yığırıq. Aralarına bir-birinə dəyib çatlamasın deyə dəsmal qoyuruq.

15 dəq suda qaynadırıq.

Sudan çıxarıb ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq.

Ədyalın arasına qoyub bükürük.

Soyuyandan sonra götürürük.

Nuş olsun! 
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 9 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri