Qoz mürəbbəsi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 14546
Səs ver:
(səs: 5)
Tərkibi:
yaşıl qoz - 1 kq.
şəkər tozu - 1,5 kq. (50 ədəd qoza 1 kq şəkər tozu)
limon turşusu - 3 ç.q.
mixək və ya hil - zövqə görə
darçın - zövqə görə

Hazırlanması:
Qoz mürəbbəsi üçün yaşıl, tər, iç qabığı südlü və incə olan qoz tələb olunur.

1. Qozların üst qabığını təmizləyin.
2. Üzərinə çıxana kimi su töküb 3-4 gün saxlayın. Gündə 4 dəfə suyu dəyişin.
3. Suyu süzüb hər qozu bir neçə yerdən deşin. Qozları əhəngli suda 3 gün saxlayın. Gündə 4-5 dəfə qarışdırın.
4. Axar su altında yaxşıca yuyun. Yuyulmuş qozları 3 gün soyuq suda saxlayın. (gündə 3-4 dəfə suyu dəyişin)
5. 15 dəqiqə qaynadın.
6. Çıxarıb yenidən qaynayan əhəngli suya (1 x.q. əhəng, üzərinə çıxana kimi su) atın. 10 dəqiqə bişirin.
7. 1 stəkan şəkər tozundan şərbət hazırlayın.
8. Qozları qaynayan şərbətə atıb 30 dəqiqə qaynadın.
9. Yeni şərbət hazırlayıb qozları daha 30 dəqiqə qaynadın. Səhərə kimi şərbətdə saxlayın.
10. Səhəri gün mürəbbəni hazır olana kimi bişirin. Hazır olub-olmaması qozun üzərindəki parıltıyla müəyyən olunur. (üzərinə lak çəkilmiş kimi olmalıdır)
11. Tam hazır olmasına 20 dəqiqə qalmış limon turşusu, darçın, mixək və ya hil əlavə edin.
12. 20 gün qaranlıqda saxlayın.

Əhəngli su:
100 qr. qoza 500 qr. söndürülmüş əhəng tələb olunur. Əhəngi 3 l. suda həll edib 3-4 saat saxlayın. Şəffaf suyu tənzifdən süzün.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 14546
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8894
Xəbər sayı: 290
Melek5
hmmm qeribedi beyenmedim yeqwinki dadi ferqli olar
9 avqust 2014 21:03
9
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
Eziyyetle basa gelir. Ancaq coxxxxx dadli olur
9 avqust 2014 19:24
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 7147
Xəbər sayı: 62
KRALİCEM
her yaya bisirirem dadli olur
9 avqust 2014 18:21
7
sukur verdiklerine
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
xosum gelmir
9 avqust 2014 18:03
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 4834
Xəbər sayı: 628
_cennet_meleklerim_
ATdim secilmislere..Tesekkur..
9 avqust 2014 15:48
5
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Şərh sayı: 8726
Xəbər sayı: 208
Narminovski
Hec yeməmişəm amma dadına baxmaq istərdim
9 avqust 2014 15:40
4
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
En sevmediyim murebbedir
9 avqust 2014 15:13
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 16077
Xəbər sayı: 587
emis
xoslamiram qoz murebbesini ama hazirlanmasini bilirdim
9 avqust 2014 14:41
2
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Dayimin yoldawi biwirmiwdi,beyenmedim,hetta deyerdim iyrenc bir wey,xususi bir dad yox...
9 avqust 2014 13:25
1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri