Hazırlanması:
Sarımsaqları
soyuq suda isladın. Sonra bir neçə dəfə yuyun (suyu təmiz olanadək).
Banka və qapaqlarını sterilizə edin. Duzlu suyu hazırlayın, ocağın
üstünə qoyun, qaynara düşəndə götürün, 80 dərəcəyədək soyudun.
Steril
bankalara sarımsağı yığın. Üzərinə qaynar su töküb ağzına qapaq qoyun,
5-10 dəqiqə saxlayın. Sonra suyunu süzüb, əvəzinə isti duzlu su tökün.
Sirkə də əlavə edib bankanın qapağını bağlayın. Üstünü isti adyalla
bürüyüb tam soyuyanadək saxlayın, sonra isə daha soyuq yerdə saxlayın.