Qarışıq turşu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 20 404
Səs ver:
(səs: 5)
Tərkibi:
4 kq xiyar
6 kq göy bibər
4 kq göy pomidor
4 kq kök
4 kq kələm
5 l su
250 qr duz

Sirkə tərkibli:
1.5 l su
1 l sirkə
400 qr duz

Hazırlanması:
4 kq xiyar, 6 kq göy bibər, 4 kq göy pomidor, 4 kq kök, 4 kq 4 yerə bölünmüş kələm götürülür, doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 20 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri