Tərəvəz və meyvə qurutma

Müəllif: Bestoş
Şərhlər: 7
Baxılıb: 2769
Paylaş:
Səs ver:
(səs: 3)
Qurutma, meyvə və tərəvəzlərdə olan yüzdə 80-95 nisbətindəki suyun yüzdə 10-20 nisbətinə salınaraq uzun müddət saxlanmalarını təmin edilməsi əməliyyatıdır. Bu əməliyyatla içlərindəki su nisbəti azalan tərəvəz və meyvələrin şəkər nisbətləri yüksələr və dayanıqlılıqları artar. Meyvələr arasında qurutmağa ən əlverişli olaraq, alma, armud, vişnə, ərik, ərik, üzüm; tərəvəzlər arsında bibər, paxla, badımcan və balqabağı; göyərtilər arasında isə nanə, kəklikotu və bibəriyyəni saya bilərik. Tərəvəz və meyvələri açıq havada, sobada və qurutma qablarında quruda bilərsiniz.
Açıq havada qurutma isə günəşdə və kölgədə olmaq üzrə iki şəkildə edilə bilər. Qurudulacaq tərəvəz və meyvələrin qurutmağa uyğun formada olmasına (kal ya da çox dəymiş olmamasına) diqqət yetirmək lazımdır. Daha sonra içlərindəki yarpaq, zibil, sap, daş kimi xarici maddələr ayırd edilib yuyunmalıdır. Qurutma əməliyyatı ediləcək tərəvəz və meyvələr xəsarət almamaları üçün çırpılaraq deyil əllə yığılmalıdır. Bütün və dilimlənmiş tərəvəz və meyvələri ayrı-ayrı qurutmaq lazımdır. Açıq havada qurutma ediləcəksə qurudulacaq tərəvəz və meyvələr birbaşa torpağa sərilməməlidir. Tərəvəz və meyvələr açıq havada qurudulduqdan sonra daha dayanıqlı olmaları və qurdlanmamaları üçün aşağı istilikli sobada (75-100 dərəcə) 10-15 dəqiqə tutula bilər.

Pomidor xaricindəki tərəvəzlər isti və kölgə yerlərdə, pomidor və meyvələr isə günəşdə qurudular. Qurutma əməliyyatı nə qədər uzun davam etsə qidan itkisi də çox olacağından qurutma üçün ən isti mövsüm seçilməlidir. Qurudulmuş yeməklər, 10 dərəcənin altındakı istiliklərdə şüşə, və şirli qablarda saxlana bilər. Qurudulmuş yeməklər təzələrinə nisbətlə daha tez bişər. Bunları istifadə etmədən əvvəl 1-2 saat isti suda gözlətmək ya da yarım saat müddətlə qaynatmaq lazımdır.

Sobada pomidor qurutma: Kiçik və ətli pomidorları ikiyə bölüb içlərini çıxarın. Sobanın qızartmasına düzüb 60-70 dərəcəlik sobada 6-7 saat qurudun. Soyuduqdan sonra qablara qoyub quru bir yerdə saxlayın.

Nanə və kəklikotu qurutma: Nanə və kəklikotunu yarpaq-yarpaq ayırıb yuyun. Daha sonra təmiz bir bezin üzərinə sərib günəşə qoyun. Gecə nəmlik olmaması üçün bağlı yerdə saxlayaraq rəngləri dəyişənə qədər bu əməliyyatı davam etdirin.
Tərəvəz və meyvə qurutma

Alma qurutma: Qurutmaq üçün ağ ətli və sərt toxumalı almaları seçib yuyun. Daha sonra soyub, iç hissələrini çıxarın və dilimləyin. Qararmamaları üçün duzlu suda 5 dəqiqə gözlədin. İpə düzərək ya da bir bez üzərində günəşdə qurudun. Sobada qurutma əməliyyatı isə, 65-70 dərəcədə almaları 8-10 saat gözlədərək edilər.

loading...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2769
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hazir satilirda dadli
11 mart 2015 16:29
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Meyvə qurutmuruq,ancaq nanə və reyhan quruduruq...
16 fevral 2015 12:41
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
emis
meyve qurularini sevmirem nese tesekkurler
16 fevral 2015 12:01
5
Offline
lili)
men erik qurutmaq isderdim ama alinmir quruda bilmirem
16 fevral 2015 11:12
4
Offline
Fialka
Meyvə quruları sevənəm faydalıdı bitkilərdən də evdə həmişə nanəni quruduruq
16 fevral 2015 10:59
3
Offline
BARBI
Mende cox quruduram meyve terevezi quruduqdan sonrada basqa bir lezzeti olur
16 fevral 2015 09:57
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
rəmsə
Meyvə qurularını çooox sevirəm,xüsusən də alma qurusun.Amma özüm hazırlayıb qurutmağı bacarmaram
16 fevral 2015 08:15
1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv