Marinə edilmiş yerkökü resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 263
Səs ver:
(səs: 2)
Ətirli marinə edilmiş yerkökü əla çərəzdir və cəmi 24 saata "gəlir". Onu həm ayrıca, həm də isti xörəklərin yanında süfrəyə vermək olar. Onu yay, payız, qış - mövsümü bitənədək hazırlamaq olar, çünki cəmi 2 həftə "ömrü" var, o da soyuducuda.

Tərkibi:
5-6 ədəd (400-500 q) yerkökü
1,5 st. su
1 st. sirkə
1/4 st. şəkər tozu
1,5 x.q. duz
1 x.q. zirə toxumu
1 x.q. təzə üyüdülmüş qara istiot
1-2 ədəd dəfnə yarpağı (sevməyənlər onsuz da keçinə bilərlər)

Hazırlanması:
Bir kasada zirə toxumları, təzə üyüdülmüş qara istiot və şəkər tozunu qarışdırın.

Suya duz əlavə edib ocağın üstünə qoyun. O qaynara düşənə qədər yerkökünü hazırlayın: təmizləyib uzunasına dilimləyin.
Təmizlənmiş yerkökünü qaynar duzlu suda 2-3 dəqiqə saxlayın, sonra kəfkirlə götürüb aşsüzənə yığın.

Suyu tam süzüləndən sonra sterilizə edilmiş bankalara yığın.

Duzlu suya ədviyyat və sirkəni əlavə edin (dəfnə yarpağını qoymayın). Qaynara düşəndən sonra 3 dəqiqə bişirin.

Yerkökünün olduğu bankalara dəfnə yarpağı qoyun, üzərinə qaynar marinadı tökün.
Bankanın ağzını steril qapaqlarla bağlayın, soyudun, sonra soyuducuda saxlayın. Marinə edilmiş yerkökü 24 saata "gəlir". Soyuducuda iki həftə saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri