Acı leço resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 11 676
Səs ver:
(səs: 2)
Bu resept xüsusilə acı qəlyanaltıları sevənlər üçündür. Bu leço möhkəm içkilərə, qızardılmış ətə,kababa, kolbasaya, qrilə əla uyğun gələcək. Bundan başqa, siz bu leçonu pitsanın hazırlanması üçün də istifadə edə bilərsiniz.

Tərkibi:
Bolqar bibəri – 1,5 kq,
Çili istiotu – 3 ədəd,
Yetişmiş pomidor – 2 kq,
Qara istiot dəni – 20 ədəd,
Soğan – 2 ədəd,
Şəkər – 1/2 stəkan,
Duz – 1 x.q.,
Sirkə (9%) – 50 ml,
Qurudulmuş keşniş – 4 ç.q.

Hazırlanması:
Pomidorları soğanla birlikdə ətçəkən maşından keçirin. Bolqar və çili bibərini toxumlardan təmizləyin və incə zolaqlara doğrayın. Bütün məhsulları minalanmış qazana töküb bişməyə qoyun. Daim qarışdıraraq leçonu qaynadın. Üzərinə şəkər, duz, sirkə, qara üyüdülmüş istiot və qurudulmuş keşniş əlavə edib yenə qarışdırın. Odu minimuma qədər azaldın və daim qarışdıraraq 20 dəqiqə ərzində bişirin.

Leçonu dərhal da verə bilərsiniz və ya sterilizə edilmiş bankalara yığıb qış üçün tədarük edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 11 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri