Tərkibi: 1 kq su yarım kq yaşıl zeytun 1 yemək qaşığı duz 1,5 kq göbələk 1 çay qaşığı kəklikotu 5 diş sarımsaq 3 ədəd dəfnə yarpağı 2 soğan 2 yemək qaşığı sirkə Limon
Hazırlanması: Göbələkləri təmizlədikdən sonra duzlu suyun içində 5 dəqiqəyə qədər qaynadın və suyunu süzün. Sonra bu suyun üzərinə 1 stəkan su əlavə edin. Göbələkləri, zeytunları, dilim-dilim kəsilən sarımsaqlar, kəklikotunu, dəfnə yarpağını və soğan dilimlərini bankalara yığın. Sirkə ilə göbələyin suyunu qarışdırın və qaynadın. Bu qarışığı daha sonra isti halda göbələklərin üstünə tökün 1 2 dilim limon və bankaların ağzını yaxşıca bağlayın. Beləcə 2 həftəyə qədər sərin yerdə saxlayın.