Həftəbecər turşusu

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 6 828
Səs ver:
(səs: 0)
2 litrlik banka üçün
500 q badımcan (təxminən 3 ədəd) – kiçik kublara doğranmış
1 q (1 orta boy) kələm – yarı bölünüb nazik-nazik doğranmış
250 q (2 ədəd) yaşıl bibər – iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) – iri-iri doğranmış
500 q (4 ədəd) göy pomidor – iri-iri doğranmış
500 q (4 ədəd) yerkökü – uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)

1 kərəvizin sapı – iri-iri doğranmış
1 baş sarımsaq – doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz
təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə

Hazırlanması:
1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.
2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq.
3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1-2 həftəyə hazırdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri