Mürəbbə bişirmənin PİK NÖQTƏLƏRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 663
Səs ver:
(səs: 0)
Mürəbbə etmək çətin və diqqət tələb edən bir işdir. Mürəbbə etmək üçün bəzi püf nöqtələrinin bilinməsi lazımdır. Məhz bu püf nöqtələri bu məqalədə öyrənəcəyik.

Mürəbbə çay süfrəsinin əvəzolunmazıdır.Xüsusilə gözəl və konsistensiya edilən mürəbbələr, həm görüntü, həm də ləzzət baxımından qənaətbəxş olur. Bəs belə gözəl mürəbbələr necə edilir? Yerinə yetirəcəyiniz bəzi püf nöqtələri ilə sizdə bir-birindən gözəl mürəbbələr edə bilərsiniz.

Hər şeydən əvvəl mürəbbə istifadə edəcəyiniz meyvələri mövsümündə yeyilən meyvələr olmalıdır. Əzilmiş, ya da qırışmış meyvələr istifadə edilməməli. Bu mürəbbənin pis görünməsinə səbəb olur.

Meyvələr kənd təsərrüfatı dərmanlarından təmizləmək üçün bir saat sirkəli su da saxlanılmalıdır.

Bu prosesin ardından əgər mürəbbə bişirəcəyiniz meyvə sulu meyvə deyilsə şəkərin içində saxlamalısız. Ancaq meyvələriniz sulu isə şəkərdə saxlanmadan öz suyunu istifadə edərək mürəbbəni bişirə bilərsiniz.
Şəkərdə saxlanılan və suyunu salan meyvələrin üstünə su tökə bilərsiniz. Ancaq çox su tökməmək lazımdır ki, bu mürəbbənin dadını pozar.

Mürəbbə bişirilmə mərhələsində təmiz bir taxta qaşıqla qarışdırılmalıdır.

Mürəbbə heç vaxt çox qaynatmaq olmaz. Bu mürəbbənin içindəki meyvələrin deformasiya olmasına səbəb olur. Deformasiya olan meyvələrin dadı və forması pozulur ki, bu da mürəbbə üçün arzuolunmaz bir haldır.

Artıq qatılaşan mürəbbə yanıq qoxsa bu da içindəki meyvənin ətrinin yox olmasına səbəb olur.

Mürəbənin çox sulu olması da arzuolunmaz haldır. Çox maye olan mürəbbə tez pozulur və kif basır.

Mürəbbə qaynayarkən üzərində qabarcıqlar əmələ gəlir, bu qabarcıqlar hər dəfə təmizlənməlidir.

Mürəbənin şəkərlənməməsi üçün qaynayarkən içinə limon suyu sıxmalıdır.

Mürəbənin tam olaraq konsistensiya gəlib gəlmədiyini anlamaq üçün mürəbbə bir çay qaşığı götürüb bir çay qabının içinə damızdırır. Əgər mürəbbə ətrafa yayılmırsa uyğun konsistensiya halına gəlmiş deməkdir.

Mürəbbə bankalara soyumadan qoyulmamalıdır. İsti olaraq bankalara qoyulsa bankada boş qalan yerlərdə tərləmə edər. Bu mürəbbənin pozulmasına səbəb olur.

Bankalara qoyulan mürəbbə ağzı çox sıx bir şəkildə bağlanılmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri