Qışa hazırlıq : Borş üçün konserva resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 985
Səs ver:
(səs: 0)
İnqrediyentlər:
1 kq çuğundur,
1 kq kök,
1 kq soğan,
1 kq bibər,
1 kq pomidor,
200 ml bitki yağı,
3 x. qaşığı 9% sirkə,
0,5 stəkan şəkər,
0,5 çay qaşığı qara bibər üyüdülmüş,
2 x.qaşığı duz.

Hazırlanması:
Tərəvəzləri yu və təmizlə. Çuğundur və kökü surtgəcin ən iri gözündə rəndələ. Soğanı xırda doğra. Bibəri xırda rəndələ.
Pomidorun qabığını təmizlə və ət maşınından keçir.
Çuğundura şəkər əlavə et və ocağa qoy.Çuğundur şirəsi buraxarandan sonra başla qovurmağa.
Soğanı duru yağda yumşalana qədər qovur.Sonra kökü, bibəri,əlavə edib və 7-10 dəqiqə bişir.
Qovrulan kütləyə pomidoru və qara istiotu əlavə et, qaynasın və 5-7 dəqiqə bişir.
Qazanda bütün tərəvəzləri qarışdır sirkəni də əlavə et və 2 dəqiqə qaynat.
Sterilləşdirilmiş bankalara yığ və ağzını bağla.Sonra bankaları ağzı aşağı çevir və isti adeyala büküb soyuyanadək saxla.

Borş üçün konservamız hazırdır...bankalar sərin yerdə saxlanılır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri