Dana ətindən "qızıl gül" kök qovurması ilə resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 408
Səs ver:
(səs: 0)
Tərkibi:
mal ətindən farş,
tomat sousu,
kök,
baş soğan,
kişniş,
“qızıl güllür” üçün hazır xəmir,
ədviyyatlar qarışığı, xama.

Hazırlanması:
1.Yumuşalmış və buzu açılmış əti qablaşdırmadan çıxardın. Göyərtinin yuyun və xırda doğrayın. Duz və ədviyyətlar qarışığı ilə birlikdə farşa qatın. Farşı yaxşıca qarışdırın.

2.Kökü təmizləyin və onu xırda və ya orta sütrgəcdən keçirdin. Soğanı xırda dördbucaqlar şəkilində doğrayın. Köklə soğanı 4-5 dəqiqə ərzində günəbaxan yağında qızardın. Daha sonra su (yarım stəkan), düz, ədviyyatlar və tomat sousunu əlavə edin. Tərəvəzləri qarışdırın və 3-4 dəqiqə ərzində pörtməyə davam edin.

3.Xəmiri qablaşdırmadan çıxardın və iki kündəyə bölün. Kündələri unlanmış masada oxluqla nazik açın. Nə qədər nəzik olarsa o qədər qızıl güllər incə alınacaq. Hər iki kündəyə əti eyni qalınlıqda sürtün. Daha sonra kündələri rulet şəkilində bükün.

4.Alınmış ruletləri 3-5 sm uzunluqda hissələrə kəsin. Qızıl güllərin qıraqlarını əlinizlə azca açın. Onları pörtülmüş tərəvəzlərin üzərinə yığın və bir az su əlavə edin. Su qızıl güllərin yarısına gədər çatmalıdır. Tavanı qapaqla bağlayın və az odda bişməyə qoyun. 20 dəqiqə ərzində pörtün. Pörtdəmə zamanı suyun kifayət qədər olmasını yoxlayın, lazım olarsa əlavə edin.

5.Hazır qızıl gülləri boşqaba düzün, üzərinə təzə göyərti səpələyin və süfrəyə təqdim edin. Təamı xama ilə birgə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri