Tərkibi: 0,5 kq qoyun əti 1 yerkökü 1 baş soğan 2 diş sarımsaq 3 x.q. tomat pastası 150 ml qırmızı şərab 4 kartof 2 yumurtanın sarısı parmezan rozmarin kəkotu 1 x.q. kərə yağı zeytun yağı təzə üyüdülmüş qara istiot dəniz duzu
Hazırlanması: Qoyun ətindən qiymə hazırlayın.
Kartofu təmizləyib suda bişirin.
Tavada zeytun yağını qızdırıb qiyməni bişirin. Duz və istiot əlavə edin.
Qızılı rəng alanadək qovurun, sonra xırda doğranmış soğan və sürtgəcdən keçirilmiş yerkökü əlavə edin. Sarımsağı əzib qatın. Yaxşıca qarışdırın.
Tomat pastası əlavə edib qarışdırın.
Şərab əlavə edib qarışdırın.
Rozmarin və kəkotu əlavə edib qarışdırın. Vam odda daha 5 dəqiqə bişirin.
Kartofu püre halına gətirib duz, istiot, kərə yağı əlavə edib azca çalın. Yumurta sarıları və parmezan (üzəri üçün də saxlayın) əlavə edib qarışdırın.
Hazır qiyməni dərin siniyə (əgər saxsıdandırsa, daha yaxşı) döşəyin. Üzərinə kartof püresini döşəyib parmezan səpin.
Pürenin üzərində bir neçə yerdən çəngəllə deşiklər açın. 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.