Ətli tərəvəzli kartof düzməsi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 310
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qr. quş başı ət
2 soğan
2 yaşıl bibər
1 qırmızı bibər
1 kasa rəndələnib yumrulanmış köklər
1 su stəkanı göy noxud
3 diş sarımsaq
2 pomidor
1 balaca qab göbələk
1 çay qaşığı dənə qara bibər
1 dəfnə yarpağı
Duz
Duru yağ

Üzəri üçün:
3 kartof
1 çay stəkanı krem
Təzə kəklikotu

Hazırlanması:
Quşbaşı doğranmış ətləri geniş bir qazanda duru yağ ilə qovururuq. Dənə qara bibər və dəfnə yarpağını qoyub qovurmağa davam edirik. Soğan və sarımsağı incə bir şəkildə doğrayıb əlavə edirik.
Kök və göy noxudu qatırıq. Göbələk, yaşıl bibər və qırmızı bibəri doğrayıb əlavə edirik. Duzunu qatırıq. Qapağını bağlayıb öz suyu ilə bişiririk. Ətlər bişdikdən sonra soyulmuş pomidoru incə bir şəkildə doğrayıb əlavə edirik.
Bişdikdən sonra soba qabına tökürük. Kartofları soyub dilimliyirik. Yeməyin üzərinə düzürük. Kremi üzərinə tökürük. Əvvəldən isidilmiş 180 dərəcə sobada kartoflar bişənə qədər bişiririk. Bişdikdən sonra üzərinə təzə kəklikotu səpib servis edirik.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri