Kartoflu rus mantısı resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 198
Səs ver:
(səs: 0)
Tərkibi
:xəmir:

1ədəd yumurta
1st.su
1ç.q.duzun (aldığı qədər)

içlik:
4 ədəd kartof (pürə halına gətirilmiş)
1baş soğan
1x.q. kərə yağıduzqırmızı toz bibər

sous:
3x.q. kərə yağı
1 ç.q. pul bibər
sarımsaqlı qatıq

Hazırlanması:
Dərin bir qaba yumurta, su və duz əlavə edərək mikserlə yaxşıca çalın. Un (ala bildiyi qədər) əlavə edib xəmiri yoğurmağa başlayın. Yoğrulan xəmiri 2 bəzənə ayırın (Bəzən: Oxlov köməyiylə orta qalınlıqda açılan xəmir).İçini hazırlayarkən baş soğanı nazik şəkildə doğrayıb, kərə yağında qızılı rəng alanadək qovurun. Qovrulan soğanın üzərinə duz və qırmızı toz bibər, sonra isə kartof pürəsi əlavə edərək yaxşıca qarışdırın. Xəmiri yayıb stəkanla yumru dairələr kəsin. İçliyi xəmirə doldurub yarım ay şəklində bükün. Qazanda suyu qaynadıb içinə duz əlavə edin. Hazır mantıları həmin suda 5dəq. qaynadıb, sonra süzün.Bişmiş mantını buluda qoyun. Üzərinə kərə yağı və ya sarımsaqlı qatıq gəzdirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri